Digər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal

26.10.2025 | 16:45
Azərbaycanın yeniyetmə sablyaçıları Gürcüstanın Tbilisi şəhərində keçirilən "European CC Tbilisi-2025" beynəlxalq turnirində 4 medal qazanıblar.
Sports.az xəbər verir ki, təmsilçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.
Züleyxa Sultanlı, Ayan Ağasıyeva və Cahan Sadxovadan ibarət komanda birinci yeri tutub. İdmançılar finalda Gürcüstan yığmasına 45:37 hesabı ilə qalib gəlib.
Qız sablyaçıların şəxsi yarışında Züleyxa Sultanlı ikinci, Ayan Ağasıyeva isə üçüncü olub.
Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında isə Abbas Hüseynov gümüş medal qazanıb.
Son xəbərlər





























