Digər
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb

26.10.2025 | 18:30
Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Satellite" turnirində qadınların şəxsi yarışında bürünc medal qazanıb.
Sports.az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Palina Kaspiaroviç uğurlu seriyanın davamını pley-offda da gətirib.
Yarımfinala kimi irəliləyən sablyaçı finalın bir addımlığında Rumıniya təmsilçisinə Andreea Lupuya 14:15 hesabı ilə uduzaraq turnirin bürünc medalını qazanıb.
Son xəbərlər





























