Digər
“Azərreyl” “Radniçki” səddini keçə bilsə…

28.10.2025 | 13:30
Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “Azərreyl” klubu sabah ilkin mərhələnin növbəti oyununa çıxacaq.
Sports.az xəbər verir ki, Azərbaycan komandası Serbiyada “Radniçki” klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da “Jezero” arenasında baş tutacaq.
Komandamız bu turu keçəcəyi təqdirdə növbəti mərhələdə “TSV Raiffeisen Hartberg” - “AKAA Volley” cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçimiz mərhələni keçə bilməsə, CEV Kubokunda 1/32 finaldan mübarizəyə qoşulacaq. Bu turnirdəki rəqib isə “ACH Volley Ljubljana” - “Orion Stars Doetinchem” cütünün məğlub komandası olacaq.
Qeyd edək ki, “Azərreyl” Bakıda keçirilən ilk oyunda “Radniçki” klubuna 0:3 hesabı ilə uduzub.
Son xəbərlər





























