Digər
Azərbaycan Basketbol Liqasında 5-ci tura start verilir

30.10.2025 | 11:15
Azərbaycan Basketbol Liqasında 5-ci tura bu gün start veriləcək.
Sports/az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
B qrupunda yer alan "Lənkəran" "Ordu"nu qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.
Meydan sahibləri 6 xalla üçüncü, qonaqlar 8 xalla birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.
Son xəbərlər





























