Digər
Millimizin matçlarının təqvimi açıqlandı

01.11.2025 | 13:40
Noyabrın 7–21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarının təqvimi açıqlanıb.
Sports.az xəbər verir ki, təqvimə əsasən Azərbaycan milli komandasının rəqibləri və oyunlarının başlama saatları müəyyənləşib.
Milli noyabrın 4-də mübarizəyə start verəcək. Komanda Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.
Milli komandanın oyun cədvəli:
4 noyabr
15:00. Azərbaycan - Tacikistan
6 noyabr
15:00. Azərbaycan - İran
9 noyabr
18:00. Azərbaycan - Türkiyə
12 noyabr
15:00. Azərbaycan - Əfqanıstan
Son xəbərlər





























