Digər
				Millimizdən ilk oyunda qələbə

04.11.2025 | 16:20
					Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib.
Sports.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma İran ilə üz-üzə gəlib.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşən qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0 (25:11, 25:16, 26:24).
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 6-da Tacikistan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.
Son xəbərlər
		
									
									
									
									
									
									




























