Digər
Millimiz İslamiadada növbəti qələbəsini qazandı

06.11.2025 | 16:30
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.
Sports.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma bu dəfə Tacikistanla üz-üzə gəlib.
Azərbaycan millisi bu görüşü də qələbə ilə başa vurub - 3:0 (25:5, 25:11, 25:9)
Yığma daha əvvəl İran kollektivini üstələyib -3:0 (25:11, 25:16, 26:24).
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.
Son xəbərlər





























