AİJA 30 illik yubileyini qeyd etdi

AİJA 30 illik yubileyini qeyd etdi

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) və Avropa İdman Jurnalistləri İttifaqının (AIPS Europe – UEPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA fəaliyyətinin 30 illik yubileyini qeyd edib.

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsində baş tutan tədbirdə ölkənin tanınmış idman jurnalistləri, media rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri, dövlət və müxtəlif idman qurumlarının təmsilçiləri iştirak ediblər. 

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan AİJA prezidenti Eldar İsmayılov Assosiasiyanın 1995-ci ilin 6 noyabr tarixindən bu günədək keçdiyi inkişaf yolundan, idman jurnalistikasının formalaşmasında və beynəlxalq aləmdə Azərbaycan mediasının tanıdılmasındakı rolundan danışıb. O bildirib ki, AİJA bu illər ərzində çoxsaylı layihələrə, beynəlxalq təlimlərə və idman tədbirlərinə imza ataraq peşəkar idman jurnalistikasının inkişafına töhfə verməyə çalışıb.  

Mərasimdə Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının, eləcə də Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) təbrikləri səsləndirilib və AİJA İdman Mükafatlarının qaliblərinə plaketləri təqdim olunub. 

Təbrik üçün söz alan qonaqlar, çıxışlarında ötən 30 il ərzində AİJA-nın səmərəli fəaliyyətini xüsusilə vurğulayaraq, Assosiasiyanın gələcəkdə daha böyük uğurlara imza atacağına inamlarını bildirdilər.   

Tədbir çərçivəsində AİJA-nın 30 illik fəaliyyətini əks etdirən qısa video-çarx nümayiş etdirilib.

Sonda təşkilatın gələcək planları, gənc jurnalistlərin peşəkar inkişafı üçün nəzərdə tutulan yeni layihələr və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verilib.

Son xəbərlər
Azərbaycanın 4 cüdoçusu kata üzrə DÇ-də iştirak edəcək
AGF yeni layihəyə start verib
“Bəzi oyunçuların səviyyəsi potensialımızı tam şəkildə üzə çıxarmağa imkan vermir”
“Qarabağ”ın rəqibi baş məşqçisi ilə yollarını ayırdı
“Sumqayıt” rotasiya ilə bağlı problemlər yaşayır
“Daha zəif komanda ilə qarşılaşmaq da mümkün idi”
Haland transfer təkliflərinə açıqdır
Azərbaycan boksçusu İslamiadada ilk görüşünü qalib bitirdi
“Fiziki cəhətdən zəif təsir bağışladıq”
“Liverpul” “Real”ın əsas transfer hədəfinə göz dikib
İlk turdan təxirə salınan oyun keçirildi
AİJA 30 illik yubileyini qeyd etdi
Fransa yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
Azərbaycan millisi İslamiadadakı ikinci oyununda uduzdu
“Lənkəran” “Sumqayıt”a məğlub oldu
“Çelsi”dən İngiltərə komandaları arasında tarixin ən gənc ikinci heyəti
“Sabah”ın sabiq baş məşqçisi Rusiyada ayın ən yaxşısı seçildi
Flik gənc istedadı “Barselona”da saxalmaq niyyətindədir
“Araz-Naxçıvan”ın növbəti rəqibi müəyyənləşdi
“Qarabağ” və futbolçuları fərqli nominasiyalarda ilk "10-luq"da yer alıblar
“Şahdağ Qusar”la “Zaqatala”dan qələbə
“Bayern”in ulduzunun sıraya qayıtması ilə bağlı müddət uzana bilər
İsmayılov Yaponiyada beynəlxalq seminarı uğurla tamamlayıb
Millimiz İslamiadada növbəti qələbəsini qazandı
Millimizin heyətində dəyişiklik edildi
İslandiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlandı
“Qarabağ”ın futbolçusu 8-10 həftə oynamayacaq
Hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza
“Qarabağ”la “Araz-Naxçıvan” Təcili Tibbi Yardım gecikdiyinə görə cərimələndi
PSJ gənc ulduzla bağlı transfer fikrindən daşındı
DAHA ÇOX

Ən çox oxunanlar