Digər
Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli oldu

07.11.2025 | 15:15
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.
Bu barədə Sports.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bu gün baş tutacaq açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Son xəbərlər





























