Digər
“Sərhədçi” “Quba”ya qalib gəldi

07.11.2025 | 17:30
Azərbaycan Basketbol Liqasının 6-cı turunda daha bir matç keçirilib.
Sports.az xəbər verir ki, B qrupunda "Quba" evdə "Sərhədçi" ilə qarşılaşıb.
Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların 86:82 hesablı qələbəsi ilə başa çatıb.
Bu gün B qrupunda daha bir görüş baş tutacaq. "Naxçıvan" "Ordu" ilə üz-üzə gələcək. Bu matç Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Turun ötən gün keçirilən matçında "Sumqayıt" "Lənkəran"ı 98:94 hesabı ilə məğlub edib.
Son xəbərlər





























