Digər
Əbilova İslamiadada 3-cü oldu

08.11.2025 | 16:30
Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova (48 kq) VI İslam Həmrəyliyi oyunlarında 3 bürünc medal qazanıb.
Sports.az xəbər verir ki, 15 yaşlı idmançı birdənqaldırma hərəkətində 64 kq ağırlığın öhdəsindən gəlib və üçüncü olub.
O, təkanla qaldırmada da üçüncü olub. Nuray bu dəfə 79 kq ağırlığı başı üzərinə qaldırmağı bacarıb.
Toplamda 143 kq ağırlıq qaldıran N.Əbilova hər iki nəticəyə görə 3-cü olub.
Qeyd edək ki, Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Son xəbərlər





























