Digər
“Turan” Gəncədən 3 xalla qayıtdı

21.11.2025 | 20:00
Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub.
Sports.az xəbər verir ki, 3-cü tur çərçivəsində "Turan" və "Gəncə" üz-üzə gəlib.
Gəncə İdman Sarayında keçirilmiş görüş region derbisi qonaq komandanın qələbəsi ilə yekunlaşıb.
Turun digər qarşılaşmalarında UNEC "Azərreyl"i, "DH Volley" isə "Murov Az Terminal"ı 3:0 hesabları ilə məğlub ediblər. “Gənclər” komandası bu turda istirahət edib. “Milli Aviasiya Akademiyası” - “Abşeron” oyununun keçiriləcəyi vaxt isə hələ bəlli deyil.
Son xəbərlər




























