Digər
Azərbaycanlı hakim CEV tərəfindən təyinat alıb

24.11.2025 | 13:00
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Bu barədə Sports.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.
F.Axundov qadın voleybolçular arasında Çelenc Kubokunda "Panionios" (Yunanıstan) və "CSM Korona" (Rumıniya) komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Matçda ikinci hakim kimi makedoniyalı Vlatka Ristovski fəaliyyət göstərəcək.
Qeyd edək ki, oyun noyabrın 25-də Yunanıstada keçiriləcək.
Son xəbərlər




























