Digər
Yüksək Liqada 4-cü turun növbəti oyunu keçiriləcək

25.11.2025 | 11:30
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti oyunu keçiriləcək.
Sports.az xəbər verir ki, "Murov Az Terminal" UNEC ilə üz-üzə gələcək.
Qarşılaşma "Murov Az Terminal"ın idman zalında, saat 17:00-da start götürəcək.
Turun ötən gün baş tutan matçında "Milli Aviasiya Akademiyası" "Azərreyl"ə qalib gəlib - 3:2. Tura noyabrın 26-da yekun vurulacaq.
Son xəbərlər





























