Digər
UNEC-dən növbəti qələbə

25.11.2025 | 22:20
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 4-cü turun növbəti oyunu keçirilib.
Sports.az xəbər verir ki, "Murov Az Terminal" UNEC ilə üz-üzə gəlib.
"Murov Az Terminal"ın idman zalında baş tutan matç ev sahiblərinin 1:3 (24:26, 25:18, 19:25, 17:25) hesablı məğlubiyyəti ilə bitib.
Turun ötən gün baş tutan matçında "Milli Aviasiya Akademiyası" "Azərreyl"ə qalib gəlib - 3:2. Tura noyabrın 26-da yekun vurulacaq.
Son xəbərlər





























