İdman Veteranları İctimai Birliyinin üzləri Ağacan Abıyevlə görüşüblər

İdman Veteranları İctimai Birliyinin üzləri Ağacan Abıyevlə görüşüblər

Noyabrın 26-da Azərbaycan İdman Veteranları İctimai Birliyinin bir qrup üzvü ölkə idmanının görkəmli simalarından biri, adı Azərbaycan idman salnaməsinə qızıl hərflərlə yazılmış Ağacan Abıyevlə doğum günü münasibətilə yaşadığı ünvanda görüş keçiriblər.

Sports.az xəbər verir ki, səmimi şəraitdə keçən görüş həm Ağacan müəllimin zəngin həyat yoluna hörmətin ifadəsi, həm də Azərbaycan idman tarixinin unudulmaz səhifələrinə bir baxış olub.

Ağacan müəllim 24 noyabr 1937-ci ildə Bakının Bülbülə qəsəbəsində Lenin ordenli neftçi Qulam kişinin ailəsində dünyaya gəlib. Ömrünü Azərbaycan idmanının inkişafına, təhsilin yüksəlişinə və elmi mühitin möhkəmlənməsinə həsr edən Ağacan Abıyev 1987-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına 28 il rəhbərlik etməklə ali təhsil ocağının tarixində ən uzunmüddətli rektor kimi yadda qalıb. 2005, 2010 və 2015-ci illərin seçkilərində Milli Məclisin 3, 4 və 5-ci çağırışlarının deputatı kimi 15 illik parlament fəaliyyəti ərzində Elm və Təhsil komitəsinin üzvü, həmçinin İntizam Komissiyasının sədri olub.
Onun fəaliyyət dairəsi ölkə idmanının ən yüksək pillələrinə qədər uzanır. Azərbaycan Boks Federasiyasına 25 ildən artıq (1984-2009) prezidenti kimi rəhbərlik edən, sonrakı illərdə federasiyanın I vitse-prezidenti kimi fəaliyyət göstərən Ağacan müəllim həmçinin Milli Olimpiya Komitəsinin Baş katibi, Azərbaycan Olimpiya Akademiyasının Prezidenti, Avropa Həvəskar Boks Assosiasiyasının vitse-prezidenti, Dünya Həvəskar Boks Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü kimi mühüm vəzifələr daşıyıb. SSRİ-nin fəxri idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, ümumittifaq və beynəlxalq dərəcəli hakim olan Ağacan Abıyev "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub.

Ziyarət zamanı veteran idmançılar Ağacan müəllimi doğum günü münasibətilə təbrik edərək ona sağlam həyat, firavan ömür və davamlı fəaliyyət arzulayıblar. Səmimi söhbətlər, illərin yaddaşında qalan maraqlı əhvalatlar görüşə xüsusi rəng qatıb. Ağacan müəllimin həyat yolunun gənclər üçün əsl örnək olduğu qeyd olunub.

Görüşdə iştirak edən Afina-2004 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanov məlumat verib ki, Bakı şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə 15-19 dekabr 2025-ci il tarixlərində Boks Mərkəzində Ağacan Abıyevin şərəfinə yeniyetmələr arasında respublika boks turniri keçiriləcək.

Görüşün sonunda iştirakçılar Ağacan Abıyevlə xatirə şəkli çəkdiriblər.

Son xəbərlər
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
“Bayern” “Çelsi”nin transfer hədəfinə göz qoyur
La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
“Çelsi” “Barselona”nın futbolçusu ilə maraqlanır
Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu
“Çelsi”nin baş məşqçisi Premyer Liqada ayın ən yaxşısı seçildi
Müdafiəçisi “Liverpul”la müqaviləsini yeniləyə bilər
Həsənov FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqlədi - VİDEO
AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər
“Napoli”nin Kobbi Meynu ilə bağlı mövqeyi məlum oldu
Azərbaycan millilərinin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
DÇ: Daha bir boksçumuz finala yüksəldi
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
DAHA ÇOX

Ən çox oxunanlar