Digər
“Murov Az Terminal”dan qələbə

28.11.2025 | 18:20
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 4-cü tura yekun vurulub.
Sports.az xəbər verir ki, son oyun günündə "Gənclər" kollektivi ilə üz-üzə gələn "Murov Az Terminal" rəqibini 3:1 hesabı ilə üstələyib.
Qarşılaşma "Murov Az Terminal"ın idman zalında keçirilib.
Daha əvvəl keçirilən oyunlarda "Ordu" "Azərreyl"i (3:1), "Neftçi" isə "Xilasedici"ni (3:0) üstələyib.
Son xəbərlər





























