Digər
Azərbaycan yığması ikinci oyununda da məğlub oldu

30.11.2025 | 21:30
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sports.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 95:90.
Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub - 49:87.
Son xəbərlər





























