Digər
AVF rəsmisinə CEV tərəfindən təyinat

01.12.2025 | 11:30
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Sports.az AVF-yə istinadən xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin 4-cü raundunun "Olimpiakos" (Yunanıstan) - "Eczacıbaşı" (Türkiyə) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Dekabrın 2-də Yunanıstanın Piraeus şəhərində baş tutacaq oyunun hakimləri bolqarıstanlı Dobromir Dobrev və polşalı Matsey Tvardovski olacaq.
Son xəbərlər





























