Digər
Zülfüqarov ÇL matçına təyinat aldı

03.12.2025 | 14:45
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova təyinat verib.
Bu barədə Sports.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.
Beynəlxalq dərəcəli hakim dekabrın 4-də Fransada qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin "Levallois Paris" (Fransa) və "KS Developre" (Polşa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq.
Matçın baş hakimi funksiyasını portuqaliyalı Rikardo Ferreyra yerinə yetirəcək.
Son xəbərlər





























