Digər
Məhəmmədəli Aşurəliyev DÇ-yə qələbə ilə başladı

04.12.2025 | 19:40
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib.
Sports.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
Məhəmmədəli Aşurəliyev (60 kq) 1/32 final çərçivəsində Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb. Boksçumuz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, millimiz dünya çempionatına 11 boksçu ilə yollanıb.
Son xəbərlər





























