Milli Gimnastika Arenasında beynəlxalq turnir keçirilib

Milli Gimnastika Arenasında beynəlxalq turnir keçirilib

Milli Gimnastika Arenasında "Winter Fairytale" beynəlxalq turniri keçirilib.

Sports.az xəbər verir ki, yarışda 9 ölkədən 28 klubun ümumilikdə 262 gimnastı mübarizə aparıb.

Gimnastlar müxtəlif yaş kateqoriyaları üzrə (2010–2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018–2019-cu il təvəllüdlülər) alətsiz proqramla yanaşı, lent, halqa, top, gürzlər və ip növlərində çıxış ediblər.

Proqramların sonunda müxtəlif kateqoriyalarda fərqlənən gimnastlar mükafatlandırılıblar.

Turnirin son günü isə xüsusi bir hadisə ilə yadda qalıb. İsrailin məşhur bədii gimnastı, Olimpiya çempionu Linoy Aşram turnir iştirakçıları üçün "ustad dərsi" keçib. Dünya gimnastikasının ən parlaq adlarından biri olan Linoy dərs zamanı gənc gimnastlarla öz idman yolu, nailiyyətləri və bu yolda qarşılaşdığı çətinliklər barədə danışıb.

Daha sonra praktiki məşq hissəsinə keçərək idmançılara yeni texniki nüanslar və elementlərin icrasını öyrədib. Gənc gimnastların böyük maraqla izlədiyi "ustad dərsi" turnirə xüsusi rəng qatıb və iştirakçılar üçün unudulmaz təcrübəyə çevrilib.

Son xəbərlər
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
“D” kateqoriyalı məşqçi kurslarına start verilib
Region Liqasında çıxış edən iki komanda texniki məğlubiyyət aldı
Millimiz Almaniya yığması ilə eyni qrupa düşdü
“Real”ın qapıçısı A Seriyasına üz tuta bilər
Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi
İK Kubokunun oyunlarında yaşananlara görə klubları cərimələdi
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
“Napoli” hücuçusunun xidmətində maraqlı deyil
Azərbaycanlı hakimlər bu gün avrokubok matçlarında iş başında olacaq
Prosineçkinin yeni iş yeri bilindi
8 boksçumuz DÇ-nin 1/4 finalında
MY “Elçe”nin müdafiəçisi ilə maraqlanır
"Kəpəz"in futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib
“Barselona” “Fiorentina”nın hücumçusu ilə maraqlanır
Azərbaycan boksçularının AÇ-də ilk rəqibləri bəlli oldu
Salah Səudiyyə Ərəbistanı nəhənginə qoşula bilər
ÇL: “Mançester Siti” Madriddə "Real"la qarşılaşacaq
“Sabah”ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi” - Kurtinaytis
“Qarabağ"ın U-19 komandası bu gün “Ayaks”la qarşılaşacaq
Günün oyunları – TV
Keyn Qehini “Bayern”ə aparmağa çalışır
İngiltərə nəhəngləri “Real”ın ulduzuna göz dikiblər
“Zenit” “Kruzeyro”nun müdafiəçisinə görə təklif ünvanladı
“Tottenhem” keçmiş oyunçusu ilə bağlı qərar qəbul etdi
“Liverpul” baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirir
“Qarabağ” Bakıda “Ayaks”la üz-üzə
“Real” keçmiş məşqçisini qaytarmaq fikrindən daşındı
DAHA ÇOX

Ən çox oxunanlar