“Sabah”ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi” - Kurtinaytis

“Sabah”ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi” - Kurtinaytis

"Sabah"ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi.

Sports.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Nimburk"a (Çexiya) qarşı FIBA Çempionlar Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Azərbaycan klubu FIBA Çempionlar Liqası kimi nüfuzlu turnirdə ilk dəfə idi ki, qələbə qazandı. Biz əvvəlki oyunlarda da qələbəyə çox yaxın idik. Sadəcə, komandamızda müəyyən problemlər müşahidə olunurdu. Castin Tillman zədəli idi, Cerri Bleyks isə sonradan qoşuldu. Razıyam ki, qələbə bir qədər gecikdi. Qələbə qazana bildiyimiz üçün çox şadam. Bu uğur münasibəti ilə komandamızı, bütün basketbolsevərləri təbrik edirəm. Növbəti matçda da qalib gəlməyə çalışacağıq. Artıq bundan sonra növbəti mərhələ üçün lazım olan digər detallara diqqət edəcəyik".

Paytaxt təmsilçisinin basketbolçusu Castin Tillman isə tarixi qələbədə hər kəsin pay sahibi olduğunu söyləyib:

"Kənardan göründüyü kimi komandada olan hamı texniki cəhətdən maksimum əlindən gələni etdi. Ona görə də bu görüşdə qələbə qazandıq. Oyunumuz da onu göstərdi ki, qələbə qazanmağa layiq idik".

Qeyd edək ki, "Sabah" - "Nimburk" görüşü "bayquşlar"ın 105:87 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər
Millimiz Almaniya yığması ilə eyni qrupa düşdü
“Real”ın qapıçısı A Seriyasına üz tuta bilər
Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi
İK Kubokunun oyunlarında yaşananlara görə klubları cərimələdi
AFFA "Neftçi"ni azarkeşlərinə görə cərimələdi
“Napoli” hücuçusunun xidmətində maraqlı deyil
Azərbaycanlı hakimlər bu gün avrokubok matçlarında iş başında olacaq
Prosineçkinin yeni iş yeri bilindi
8 boksçumuz DÇ-nin 1/4 finalında
MY “Elçe”nin müdafiəçisi ilə maraqlanır
"Kəpəz"in futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib
“Barselona” “Fiorentina”nın hücumçusu ilə maraqlanır
Azərbaycan boksçularının AÇ-də ilk rəqibləri bəlli oldu
Salah Səudiyyə Ərəbistanı nəhənginə qoşula bilər
ÇL: “Mançester Siti” Madriddə "Real"la qarşılaşacaq
“Sabah”ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi” - Kurtinaytis
“Qarabağ"ın U-19 komandası bu gün “Ayaks”la qarşılaşacaq
Günün oyunları – TV
Keyn Qehini “Bayern”ə aparmağa çalışır
İngiltərə nəhəngləri “Real”ın ulduzuna göz dikiblər
“Zenit” “Kruzeyro”nun müdafiəçisinə görə təklif ünvanladı
“Tottenhem” keçmiş oyunçusu ilə bağlı qərar qəbul etdi
“Liverpul” baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirir
“Qarabağ” Bakıda “Ayaks”la üz-üzə
“Real” keçmiş məşqçisini qaytarmaq fikrindən daşındı
“Liverpul”un Salahla bağlı mövqeyi məlum oldu
“İnter” “Liverpul”a, “Qalatasaray” “Monako”ya məğlub oldu
“Qarabağ”ın oyununa qanunsuz bilet satan şəxslər saxlanıldı
“Bəlkə də, bir az bəxtimiz gətirdi” – “Sumqayıt”ın məşqçisi
“Şanslardan yararlanmayanda səni cəzalandırırlar”
DAHA ÇOX

Ən çox oxunanlar