Veteran stolüstü tennisçilər arasında turnirin qalibləri müəyyənləşdi

Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirin qalibləri müəyyənləşib.
Sports.az xəbər verir ki, qadınların mübarizəsi Tatyana Aliulinanın qələbəsi ilə nəticələnib. Svetlana Kayumova ikinci, Nərgiz Daşdəmirova üçüncü olub.
40-49 yaşlı kişilərin yarışında Vaqif Məmmədov qələbə qazanıb. Mahir Cəbiyev ikinci, Orxan Əliyev üçüncü yerdə qərarlaşıb. Elşad Vahidov 50-59 yaşlıların mübarizəsində birinci olub. Mükafata layiq digər yerləri Yaşar Mövlanovla Əli Heydərli tutub.
60-69 yaşlılar arasında İlham Ağayev qələbə çalıb. O, finalda Qulu Quliyevi məğlub edib. Üçüncü yerə Məzahir Həsənov layiq görülüb.
Muxtar Ağazadə isə 70+ yaş dərəcəsində bütün rəqiblərini üstələyib. Zirəddin Mövlayev ikinci, Firudin Hüseynov üçüncü yeri tutub.
ASTF-nin Veteranlar Şurasının təşkil etdiyi ənənəvi yarışa 70-ə yaxın idmançı qatılıb. Fərqlənən iştirakçılara diplomlar və pul mükafatları təqdim olunub.





























