Digər
“Neftçi” turun son oyununda məğlub oldu

14.12.2025 | 19:40
Azərbaycan Basketbol Liqasında 9-cu tura yekun vurulub.
Sports.az xəbər verir ki, turun son günündə "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində baş tutan A qrupunun matçında "Abşeron Lions" qələbə qazanıb - 88:72.
Turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" "Sərhədçi"ni (90:74), "Ordu" "Sumqayıt"ı (106:86), NTD isə "Şəki"ni (93:79) məğlub edib.
Son xəbərlər





























