Digər
Yüksək Liqada 7-ci tura start veriləcək

16.12.2025 | 10:00
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura start veriləcək.
Sports.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Murov Az Terminal" komandası "Azərreyl"lə üz-üzə gələcək. Görüş "Murov Az Terminal"ın idman zalında, saat 13:00-da başlayacaq.
Qeyd edək ki, tura dekabrın 19-da yekun vurulacaq.
Son xəbərlər





























