Digər
Yüksək Liqada bu gün daha bir oyun keçiriləcək

19.12.2025 | 11:40
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci turun növbəti matçı keçiriləcək.
Sports.az xəbər verir ki, turun son oyun günündə "Abşeron" "Turan Tovuz"la üz-üzə gələcək.
Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 15:00-da start götürəcək.
Turun daha əvvəl baş tutan qarşılaşmalarda "Azərreyl" "Murov Az Terminal"ı (3:0), "Gəncə" isə UNEC-i (3:2) məğlub edib. "Milli Aviasiya Akademiyası" - "Gənclər" matçının tarixi isə dəqiqləşməyib.
Son xəbərlər





























