Digər
“Quba” “Naxçıvan”a, “Ordu” “Lənkəran”a qarşı

19.12.2025 | 12:20
Azərbaycan Basketbol Liqasının 10-cu turunda daha iki görüş baş tutacaq.
Sports.az xəbər verir ki, B qrupunun hər iki matçı bu gün Bakı İdman Sarayında keçiriləcək.
Saat 17:00-da "Quba" "Naxçıvan"la üz-üzə gələcək. "Naxçıvan" 16 xalla ikinci yerdə qərarlaşıb. 13 xala malik "Quba" üçüncüdür.
Günün sonuncu matçında "Ordu" "Lənkəran"la qarşılaşacaq. Bakı klubu 18 xalla qrupda liderdir. 12 xala malik "Lənkəran" dördüncüdür.
Turun açılış matçında "Sərhədçi" "Sumqayıt"a 86:83 hesabı ilə qalib gəlib. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.
Son xəbərlər





























