Digər
“Turan”dan asan qələbə

19.12.2025 | 19:30
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci turun növbəti matçı keçirilib.
Sports.az xəbər verir ki, turun son oyun günündə "Abşeron"la qarşılaşan "Turan" 3:0 (25:19, 25:12, 25:18) hesablı qələbə qazanıb.
Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.
Turun daha əvvəl gerçəkləşən qarşılaşmalarında "Azərreyl" "Murov Az Terminal"ı (3:0), "Gəncə" isə UNEC-i (3:2) məğlub edib.
Son xəbərlər





























