AMADA 2025-ci ildə idmançılardan 1100 dopinq testi götürüb

AMADA 2025-ci ildə idmançılardan 1100 dopinq testi götürüb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ildə idmançılardan 1100 dopinq testi götürüb.

Bu barədə Sports.az-a AMADA-dan məlumat verilib.

Test Bölüşdürmə Planı 29 idman növünü və 53 alt növü əhatə edib. Milli və beynəlxalq yarışlar olmaqla, ümumilikdə, 45 turnirdə nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 81,7 faizi Bakı və Sumqayıtda, 18,3 faizi isə bölgələrdə götürülüb. Ötən illə müqayisədə bölgələrdə test nümunələrinin götürülməsində artım nümayiş olunub.

Cari il ərzində AMADA tərəfindən yeni 19 antidopinq qayda pozuntusu aşkar edilərək iş başladılıb. Cari il ərzində 73 təhqiqat işi həyata keçirilib, 10 idmançının nümunəsində atipik nəticə aşkar edilib. Həmin idmançılar barəsində müvafiq araşdırmalar aparılıb, əlavə nümunələr toplanıb və əlavə laborator analizlər sifariş edilib.

Hesabat dövründə həm bu il qeydə alınmış, həm də əvvəlki illərdə açılmış işlərin 22-si yekunlaşdırılıb. Bu işlərdən 17-si idmançıların sanksiya alması ilə nəticələnib. Belə ki, idmanın boks növündə 5, güləş, kikboksinq və qol güləşində 2, digər idman növlərində (futbol, basketbol, karate, atıcılıq, atletika və pauerliftinq) isə 1 antidopinq qayda pozuntusuna rast gəlinib.

Maarifləndirmə AMADA-nın fəaliyyətində əsas və strateji istiqamətlərdən birini təşkil edir. Belə ki, 2025-ci ildə 4292 şəxsi əhatə edən, ümumilikdə, 106 maarifləndirmə tədbiri təşkil olunub.

Son xəbərlər
“Arsenal”dan darmadağın
101 debüt
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
“Benfika”nın müdafiəçisi “Barselona”ya keçməyəcək
Florentino Peres PSJ-nin ulduzu haqda xəyalından dönmür
36 penalti, 29 qol
“Atletiko”nun hücumçusu klubdan ayrılmaq niyyətindədir
Kroos birlikdə çıxış etdiyi ən yaxşı futbolçu ilə bağlı sualı cavabladı
DÇ-də ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
Halk klubunu dəyişməyə yaxındır
Şəhid Ülvü Məmmədovun adı əbədiləşdirildi
Azərbaycanda 2025-ci ilin ən yaxşı futbolçusunun adı bilindi
“Qarabağ”ın rəqibi məşqçisi ilə yolları ayırdı
“Real” “Borussiya”nın müdafiəçisini istəyir
Yamaldan rekord göstərici
AMADA 2025-ci ildə idmançılardan 1100 dopinq testi götürüb
Portuqal yarımmüdafiəçi “Real”a can atır
Ter Ştegen “Barselona”dan getmək istəmir
Ən bahalı 9 qapıçı
“Barselona”nın qapıçısı “Jirona”ya keçə bilər
FİFA prezidentindən yeni ofsayd qaydası haqda açıqlama
Millimizi seçən güləşçi: “Səbəb maliyyə ilə bağlı deyil”
“Yuventus”un hücumçusu İspaniya La Liqasına keçə bilər
Pyaniç karyerasını bitirdi
“Neftçi” Qazaxıstan klubu ilə qarşılaşa bilər
“Real”ın transfer hədəfinə iddiaçılar var
“Barselona”nın futbolçusu əməliyyat olundu
La Liqada ilin rəmzi komandası bəlli oldu
“Liverpul” “Kristal Pelas”ın müdafiəçini hədəfə aldı
MY Neves uğrunda mübarizəyə qoşuldu
DAHA ÇOX

Ən çox oxunanlar