Şəhid Ülvü Məmmədovun adı əbədiləşdirildi

Şəhid Ülvü Məmmədovun adı əbədiləşdirildi

Quba şəhəri Alekseyevka kəndində Şəhid Ülvü Məmmədovun adını daşıyan Taekvondo Klubu fəaliyyətə başlayıb.

Şəhid Ülvü Məmmədov 29 iyul 1997-ci ildə Alekseyevka kəndində anadan olub.

2015–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

O, 2020-ci il Vətən müharibəsi zamanı Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib və 21 oktyabr 2020-ci ildə Xocavənd döyüşlərində şəhid olub.

Şəhidimizin adını daşıyan taekvondo klubunun yaradıcısı və direktoru taekvondo üzrə Qara kəmər 3-cü dan sahibi, Quba İOEUGİŞM-in məşqçi-müəllimi Emil Təhməzovdur.

Klubda: Baş məşqçi – Emil Təhməzov

2 köməkçi məşqçi

50 idmançı fəaliyyət göstərir

Klubun idmançıları respublika çempionatlarında yüksək nəticələr qazanıb, eyni zamanda dünya çempionatlarında iştirak etmiş idmançılar da mövcuddur.

Bu idman ocağı şəhidimizin əziz xatirəsinin yaşadılması və gənclərin vətənpərvər ruhda yetişdirilməsi məqsədi daşıyır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Şəhidlər ölməz, Vətən bölünməz!

Sonda onu da qeyd edək ki, şəhidimiz Ülvi Məmmədovun atası Sports.az saytının tarixində ilk yazının müəllifi Vüqar Məmmədov idman yazarı Vüqar Məmmədovdur.

Son xəbərlər
“Arsenal”da ciddi itki
“Arsenal”dan darmadağın
101 debüt
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
“Benfika”nın müdafiəçisi “Barselona”ya keçməyəcək
Florentino Peres PSJ-nin ulduzu haqda xəyalından dönmür
36 penalti, 29 qol
“Atletiko”nun hücumçusu klubdan ayrılmaq niyyətindədir
Kroos birlikdə çıxış etdiyi ən yaxşı futbolçu ilə bağlı sualı cavabladı
DÇ-də ən yaxşı nəticəni Teymur Rəcəbov göstərdi
Halk klubunu dəyişməyə yaxındır
Şəhid Ülvü Məmmədovun adı əbədiləşdirildi
Azərbaycanda 2025-ci ilin ən yaxşı futbolçusunun adı bilindi
“Qarabağ”ın rəqibi məşqçisi ilə yolları ayırdı
“Real” “Borussiya”nın müdafiəçisini istəyir
Yamaldan rekord göstərici
AMADA 2025-ci ildə idmançılardan 1100 dopinq testi götürüb
Portuqal yarımmüdafiəçi “Real”a can atır
Ter Ştegen “Barselona”dan getmək istəmir
Ən bahalı 9 qapıçı
“Barselona”nın qapıçısı “Jirona”ya keçə bilər
FİFA prezidentindən yeni ofsayd qaydası haqda açıqlama
Millimizi seçən güləşçi: “Səbəb maliyyə ilə bağlı deyil”
“Yuventus”un hücumçusu İspaniya La Liqasına keçə bilər
Pyaniç karyerasını bitirdi
“Neftçi” Qazaxıstan klubu ilə qarşılaşa bilər
“Real”ın transfer hədəfinə iddiaçılar var
“Barselona”nın futbolçusu əməliyyat olundu
La Liqada ilin rəmzi komandası bəlli oldu
“Liverpul” “Kristal Pelas”ın müdafiəçini hədəfə aldı
DAHA ÇOX

Ən çox oxunanlar