Digər
12-ci tura yekun vurulur

11.01.2026 | 12:40
Azərbaycan Basketbol Liqasında 12-ci tura bu gün yekun vurulacaq.
Sports.az xəbər verir ki, sonuncu matçda "Gəncə" "Abşeron Lions"un qonağı olacaq.
Qarşılaşma saat 15:00-da start götürəcək.
"Abşeron Lions" A qrupunsa 21 xalla ikinci, "Gəncə" 15 xalla dördüncü pillədə qərarlaşıb.
Turun əvvəlki oyunlarında "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" "Sumqayıt"ı (97:80), "Sabah" NTD-ni (121:76), "Neftçi" "Şəki"ni (82:60) üstələyib.
Son xəbərlər





























