AzVİF İcraiyyə Komitəsinin iclası keçirildi

AzVİF İcraiyyə Komitəsinin iclası keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" yarışına hazırlıq və görülən işlər müzakirə olunub.

Sports.az federasiyaya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan federasiya prezidenti Zaur Axundov iştirakçıları iclasın gündəliyi ilə tanış edib.

Federasiya prezidenti 10-14 may tarixlərində təşkil olunacaq "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışına hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğunu deyib və bu vaxtadək görülmüş işlərlə bağlı ətraflı məlumat üçün sözü yarışın Təşkilat Komitəsinin sədri, federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərova verib.

Sahib Ələkbərov bildirib ki, "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışında iştirak edəcək 25 komanda iştirakını təsdiqləyib. Onların içərisində 1 Dünya Turu, 7 Pro-kontinental, 16 kontinental və Azərbaycan yığma komandası yer alır. Bundan başqa, velosiped yarışının bütün məlumatlarını özündə əks etdirən rəsmi sayt da hazırlanıb və izləyicilərin istifadəsinə verilib.

Hazırlıq çərçivəsində marşrutlar üzrə infrastrukturun hazırlıq səviyyəsi cari ilin 18-24 fevral tarixlərində yarışın texniki direktoru Roland Hofer və təhlükəsizlik üzrə menecer Andre Noyman tərəfindən yerli mütəxəssislərlə birlikdə yenidən yoxlanılıb. Sahib Ələkbərov "Eurosport" kanalı ilə bütün mərhələləri canlı yayımlanacaq "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının ölkəmizin turizm və idman potensialının, beynəlxalq idman tədbirlərinin təşkili sahəsində əldə etdiyi təcrübənin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov İcraiyyə Komitəsinin son iclasından keçən dövr ərzində görülən işlər və keçirilən tədbirlər barədə məlumat verib. O, bildirib ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində respublikanın 15 bölgəsində velosiped bölmələri açılıb və aktiv fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lənkəran, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərin tələbələrinə, həmçinin Gəncə şəhərində şəhid və qazi övladlarına velosipedlər hədiyyə olunub və proses bundan sonra da davam etdiriləcək. Bundan başqa, mart ayında görüləcək işlər və keçiriləcək tədbirlərlə bağlı da iclas iştirakçılarına məlumat verilib.

İclasda federasiyanın fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər
“Zirə” – “Sumqayıt” oyununun təyinatları açıqlandı
Müdafiəçisi “Yuventus”dan ayrıla bilər
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü
“Monako” yarımmüdafiəçisi ilə yollarını ayıra bilər
Azərbaycan millisi Şimali Makedoniyaya uduzdu
Komitə sədri 22-ci turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
PSJ-nin yarımmüdafiəçisi Premyer Liqaya üz tuta bilər
“D” kateqoriyalı məşqçi kursları keçiriləcək
“İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”
Nikolas Cekson Səudiyyə Ərəbistanına üz tuta bilər
Paraüzgüçülər Qubada təlim-məşq toplanışına start veriblər
Premyer Liqanın 23-cü turu rəqəmlərin gözü ilə
Milinkoviç-Saviç Avropa futboluna qayıda bilər
“Qaradağ Lökbatan”dan darmadağın
“Neftçi”nin əvəzediciləri “Zirə”yə qalib gəldi
MY “Ştutqart”ın yarımmüdafiəçisi ilə maraqlanır
Premyer Liqa klubunda yeni müqavilə
AFFA rəsmisinə UEFA-dan yeni təyinat
“Liverpul” Salahla vidalaşsa...
“Reytinq turnirində çempion olduğuma görə çox qürurluyam” – Babaşov
“Basketbol Hər Yerdə!” layihəsinə start verildi
Alleqri “Milan”dan ayrılacaq?
Şəkidə voleybolçu seçimi
AzVİF İcraiyyə Komitəsinin iclası keçirildi
Futbolçular Karrikin qalmasını istəyirlər
Millimizdən beynəlxalq turnirdə 2 qızıl və 3 gümüş medal
Millimizin oyununa hakim təyinatları açıqlandı
Vinisius qərarını verib
Tarixdə ilk cüt: Yenə XXII turda
Son 8 mövsümün rekordu
DAHA ÇOX

Ən çox oxunanlar