“Basketbol Hər Yerdə!” layihəsinə start verildi

“Basketbol Hər Yerdə!” layihəsinə start verildi

"Sabah" Basketbol Klubu, "Azərlotereya" ASC, Azərbaycan Basketbol Federasiyasının birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirilən "Basketbol Hər Yerdə!" layihəsinin rəsmi açılışı olub.

Sports.az xəbər verir ki, layihənin əsas məqsədi basketbolu hər kəs üçün daha əlçatan etmək, gənclərin asudə vaxtını səmərəli qurmaq, onların sağlam vərdişlərini dəstəkləyən, aktiv həyat tərzinə töhfə verən basketbol meydançalarının təmiri və yenilənməsini həyata keçirməkdir. Təşkilatçıların sözlərinə görə, bu təşəbbüs məhəllələrdə idman infrastrukturunun inkişafı ilə yanaşı sosial həmrəyliyin güclənməsinə də xidmət edəcək.

Belə ki, yeni yaradılmış Basketbolheryerde.az saytı vasitəsilə vətəndaşlar qeydiyyatdan keçərək basketbol meydançası üçün uyğun hesab etdikləri ərazilər barədə ətraflı məlumat təqdim edə bilərlər.

Tədbir çərçivəsində iştirakçılar peşəkar basketbolçularla görüşmək, onlarla eyni meydanı bölüşmək və ustad dərslərində iştirak etmək imkanı qazanıblar. Gənclər üçün təşkil edilən əyləncəli müsabiqələr maraqla qarşılanıb.

Günün ən həyəcanlı anı isə 5 555 manatlıq böyük mükafat uğrunda keçirilən "Beşdə 5" müsabiqəsi olub. İştirakçılar bacarıqlarını ortaya qoyaraq komanda ruhunu və idmana olan sevgilərini nümayiş etdiriblər.

Qeyd edək ki, "Azərlotereya" ölkədə basketbolun inkişafı istiqamətində böyük töhfə verir. Şirkət, eyni zamanda, "Sabah" Basketbol Klubunun sponsoru kimi komandanın fəaliyyətinə və yerli basketbolun inkişafına dəstək göstərir. Bu əməkdaşlıq peşəkar idmanın güclənməsinə və gənc basketbolçular üçün daha geniş imkanların yaradılmasına xidmət edir.

Son xəbərlər
“Zirə” – “Sumqayıt” oyununun təyinatları açıqlandı
Müdafiəçisi “Yuventus”dan ayrıla bilər
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü
“Monako” yarımmüdafiəçisi ilə yollarını ayıra bilər
Azərbaycan millisi Şimali Makedoniyaya uduzdu
Komitə sədri 22-ci turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
PSJ-nin yarımmüdafiəçisi Premyer Liqaya üz tuta bilər
“D” kateqoriyalı məşqçi kursları keçiriləcək
“İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”
Nikolas Cekson Səudiyyə Ərəbistanına üz tuta bilər
Paraüzgüçülər Qubada təlim-məşq toplanışına start veriblər
Premyer Liqanın 23-cü turu rəqəmlərin gözü ilə
Milinkoviç-Saviç Avropa futboluna qayıda bilər
“Qaradağ Lökbatan”dan darmadağın
“Neftçi”nin əvəzediciləri “Zirə”yə qalib gəldi
MY “Ştutqart”ın yarımmüdafiəçisi ilə maraqlanır
Premyer Liqa klubunda yeni müqavilə
AFFA rəsmisinə UEFA-dan yeni təyinat
“Liverpul” Salahla vidalaşsa...
“Reytinq turnirində çempion olduğuma görə çox qürurluyam” – Babaşov
“Basketbol Hər Yerdə!” layihəsinə start verildi
Alleqri “Milan”dan ayrılacaq?
Şəkidə voleybolçu seçimi
AzVİF İcraiyyə Komitəsinin iclası keçirildi
Futbolçular Karrikin qalmasını istəyirlər
Millimizdən beynəlxalq turnirdə 2 qızıl və 3 gümüş medal
Millimizin oyununa hakim təyinatları açıqlandı
Vinisius qərarını verib
Tarixdə ilk cüt: Yenə XXII turda
Son 8 mövsümün rekordu
DAHA ÇOX

Ən çox oxunanlar