Digər
Paraüzgüçülər Qubada təlim-məşq toplanışına start veriblər

02.03.2026 | 19:40
Azərbaycan paraüzgüçüləri Qubada təlim-məşq toplanışına başlayıblar.
Sports.az xəbər verir ki, dünəndən start götürən hazırlıq prosesi martın 17-dək davam edəcək.
Toplanışda paralimpiyaçılarımız Raman Salei, Əli Vəliyev və Murad Məmmədov iştirak edirlər. Onlar toplanışa məşqçilər - Fyodor Kirillov və Faiq Əsgərovun rəhbərliyi ilə qatılıblar.
Son xəbərlər





























