Digər
Azərbaycan millisi Şimali Makedoniyaya uduzdu

02.03.2026 | 21:40
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AÇ-2029-un seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sports.az xəbər verir ki, Şimali Makedoniya yığmasını qəbul edən Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 70:78 hesabı ilə uduzub.
Qarşılaşma Bakı İdman Sarayında təşkil olunub.
Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.
A qrupunda Şimali Makedoniya 6 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, Azərbaycan millisi 4 xalla üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.
Son xəbərlər





























