Gənclər arasında intellektual festival keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “3sual” intellektual oyunlar platformasının tərəfdaşlığı ilə “Konstitutsiya və Suverenlik İlinə həsr olunmuş Gənclərin İntellekt Festivalı” intellektual oyunu keçirilib.
Konstitutsiya və Suverenlik İlinə həsr olunmuş qrant müsabiqəsinin qalibi olan layihədə gənclər fərdi olaraq öz qüvvələrini sınayıb.
Layihənin rəhbəri Əhməd Əliyev oyunlardan əvvəl intellektual oyunların önəmindən bəhs edərək gənclərin asudə vaxtlarında bu cür tədbirlərdə iştirak edərək şəxsi inkişafa nail olacaqlarına ümid etdiyini söyləyib.
Əvvəlcə Bakı, Lənkəran və Sumqayıt şəhərlərində seçim oyunları baş tutmuş oyunlarda sonda paytaxtda qaliblərin müəyyənləşdiyi final mübarizəsi keçirilib. Burada müxtəlif mövzular ətrafında suallara doğru cavablar verərək bütün mərhələləri uğurla adlamış komandalar ən güclü adı uğrunda bir-biri ilə qarşılaşıb. Maraqlı mübarizənin qeydə alındığı “Konstitutsiya və Suverenlik İlinə həsr olunmuş Gənclərin İntellekt Festivalı” layihəsinin finalında “İşçi ad” komandası qalib adını qazanıb. “Berserk” ikinci, “Dərələyəz” isə üçüncü pillənin sahibi olub.
Ümumilikdə 300-dən çox gəncin iştirak etdiyi layihənin keçirilməsində məqsəd məqsəd intellektual potensialının, dünyagörüşünün artırılması, onlarda vətənpərvərlik hissinin intellektual yarışlar yolu ilə təbliği, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili olunmasıdır.





























