Digər
1/4 finalın ikinci oyunları keçiriləcək

02.04.2026 | 11:40
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək.
Sports.az xəbər verir ki, ilk olaraq iki qarşılaşma keçiriləcək.
"Turan" doğma meydanda "Murov Az Terminal"ı qəbul edəcək. Görüş Tovuz Olimpiya İdman Kompleksində, saat 16:00-da start götürəcək.
Saat 18:00-da isə "DH Volley" "Azərreyl"lə münasibətlərə aydınlıq gətirəcək. Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
"Turan" və "DH Volley" ilk matçlarda inamlı qələbə qazanıblar - 3:0.
Xatırladaq ki, 1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq.
Son xəbərlər





























