Xüsusi Olimpiya Komitəsi və Badminton Federasiyası əməkdaşlığa başladı

Xüsusi Olimpiya Komitəsi və Badminton Federasiyası əməkdaşlığa başladı

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sports.az xəbər verir ki, Memorandumun əsas məqsədi əqli imkanları məhdud şəxslərin badminton vasitəsilə reabilitasiyasını və fiziki-psixoloji inkişafını dəstəkləmək, idmançılar üçün əlçatan və sağlam mühit yaratmaq, həmçinin inklüziv idmanın inkişafını təşviq etməkdir.

Sənəd çərçivəsində tərəflər ölkədə badmintonun inkişafı, əqli imkanları məhdud şəxslərin bu idman növünə cəlb olunması, birgə layihə və proqramların həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, maarifləndirici tədbirlərin, təlim və seminarların təşkili, məşqçilər və mütəxəssislər üçün peşəkar inkişaf imkanlarının yaradılması da nəzərdə tutulur.

Memorandum Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev və Azərbaycan Badminton Federasiyasının baş katibi Əjdər Cəfərov tərəfindən imzalanıb.

Son xəbərlər
Fərid Qayıbov idmançılarla görüşdü
“Benfika” “Real”ın hücumçusunun xidmətində maraqlıdır
Azərbaycanlı hakim UEFA yarışlarında iki oyun idarə edib
“İstənilən rəqibə problem yarada biləcək gücdəyik”
İngiltərə nəhəngləri “Barselona”nın müdafiəçisi ilə maraqlanırlar
Xüsusi Olimpiya Komitəsi və Badminton Federasiyası əməkdaşlığa başladı
Levandovski gələcəyi ilə bağlı “götür-qoy”dadır
“Barselona” Raşfordu satın ala bilməyəcək
AFFA ilə “Eyeball” arasında əməkdaşlıq müqaviləsi imzalandı
Türkiyə millisinin Paraqvayla oyununun başlama saatı dəyişdirildi
“Mançester Yunayted” Dalla maraqlanır
Luçesku Rumıniya millisindən getdi
“Araz-Naxçıvan”dan inamlı qələbə
“Atletiko” “Çelsi”nin müdafiəçisi ilə maraqlanır
Müntəzəm mövsümün ən yaxşıları müəyyənləşdi
“Everton”un hücumçusu İngiltərə nəhənginə qoşulmaq niyyətindədir
Müdafiəçisi “Nyukasl”ı tərk edə bilər
Bundesliqa klubunda yeni müqavilə
Fərəcullayev adını dünya futbol tarixinə yazdırdı
“Milan” “Kristal Pelas”ın hücumçusu ilə maraqlanır
Xusanov yenə “Mançester Siti”nin ən yaxşısı oldu
Qapıçısı “Roma”dan ayrılmaq istəmir
De Zerbinin “Tottenhem”də ilk transfer hədəfi
La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə
Azərbaycan idmançılarının reytinq siyahısı açıqlandı
Tonali İngiltərə Premyer Liqasını tərk edtmək istəmir
1/4 finalın ikinci oyunları keçiriləcək
"Qarabağ" – "Sabah" matçının hakimləri açıqlandı
Yüksək Liqada 4-cü dövrəyə start verilir
“Mançester Siti” müdafiəçisi ilə ayırlmağa qərar verdi
DAHA ÇOX

Ən çox oxunanlar