“Böyük İpək Yolu”: Daha 4 boksçumuz mərhələ adladı

“Böyük İpək Yolu”: Daha 4 boksçumuz mərhələ adladı

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir.

Sports.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 4 boksçusu qələbə qazanıb.

60 kq-da Ümid Rüstəmov Conni Daleni (Avstraliya) məğlub edib. Boksçumuz 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Məhəmmədəli Aşırəliyevlə (Azərbaycan) üz-üzə gələcək.  

Bu çəkidə Məhəmmədəli Qasımzadə komanda yoldaşı Həsən Həsənlidən güclü olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü 1/4 finalda Kaya Tolqanı (Türkiyə) sınağa çəkəcək.

Tayfur Əliyev də turnirə qələbə ilə başlayıb. Təmsilçimiz 1/8 finalda komanda yoldaşı Elbrus Adıgözəlovu üstələyib – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşündə Mouates Beçeqra (Əlcəzair) ilə döyüşəcək.

Səbuhi Əlizadə (+90 kq) isə Errahim Maqtanı (Əlcəzair) mübarizədən kənarlaşdırıb. Boksçumuz 3:2 (29:28, 29:28, 28:29, 30:27, 27:30) hesabı ilə qələbə qazanmaqla yarımfinala yüksəlib və özü üçün azı bürünc medalı təmin edib. Əlizadə finala gedən yolda Aleksandr Şau (Avstraliya) ilə münasibətinə aydınlıq gətirəcək.  

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq.
 

Son xəbərlər
“Barselona” “İnter”ə təklif ünvanladı
MY Uqarte ilə bağlı yekun qərar verdi
“Cenoa” yarımmüdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
“Atletiko” ulduz hücumçusu ilə danışıqlara başladı
“Böyük İpək Yolu”: Daha 4 boksçumuz mərhələ adladı
Yarımfinalın oyun proqramı açıqlandı
Günün oyunları – TV
2-ci Liqada 21-ci turun təyinatları açıqlandı
Pley-in mərhələsində növbəti iki oyun
Gəncədə Avropa Kuboku başlayır
“Bayer” “Kristal Pelas”ın baş məşqçisi ilə maraqlanır
“Borussiya”nın müdafiəçisi İspaniya nəhənginə qoşulmaq istəyir
Premyer Liqanın 26-cı turu rəqəmlərin gözü ilə
“Verder”in müdafiəçisi uğrunda mübarizə qızışır
“Roma” “Almeriya”nın yarımmüdafiəçisi ilə maraqlanır
Əvəzedicilərin yarışında 22-ci turun təyinatları açıqlandı
PSJ-nin hücumçusu “Nyukasl”ın maraq dairəsindədir
“Çelsi” futbolçusunu intizam pozuntusuna görə heyətdən kənarlaşdırdı
Bakı Kristal Zalı şahmat festivalına ev sahibliyi edəcək
“Cavab matçında daha yaxşı nəticə göstərməyə çalışacağıq”
Gəncədə Avropa Kubokunun püşkü atıldı
Son 10 mövsümün tamaşaçı rekordu
Premyer Liqada 26-cı turun təyinatları açıqlandı
“Milli Aviasiya Akademiyası” və “Gəncə” yarımfinala yüksəldi
“Naxçıvan” “Sərhədçi”yə qalib gəldi
Mərkəzi arenada 4 qol - VİDEO
“Nəticə əldə etmək üçün daha yaxşı olmalıyıq” – Qurban Qurbanov
Azərbaycan çempionatının qalibi bəlli oldu
“Əvvəlcədən qurduğumuz planı həyata keçirə bilmədik” – Dambrauskas
“Barselona”nın yarımmüdafiəçisi “Mançester Siti”nin maraq dairəsindədir
DAHA ÇOX

Ən çox oxunanlar