“Planımızı tam həyata keçirə bilmədik, gücümüz çatmadı”

“Planımızı tam həyata keçirə bilmədik, gücümüz çatmadı”

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ilk görüşləri çərçivəsində NTD ilə qarşılaşan "Sumqayıt"ın qələbə qazanmağa gücü çatmayıb.

Sports.az xəbər verir ki bunu baş məşqçi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis ilk hissədə NTD-nin məhsuldar oyununu xüsusi qeyd edib:

"NTD-ni qələbə münasibətilə təbrik edirəm. Onlar oyunun ilk hissəsində yüksək məhsuldarlıq nümayiş etdirdilər. Təsadüfi deyil ki, fasiləyə qədər 10 dəqiq "üçlük"lə yadda qaldılar və 20 xallıq fərq yaratdılar. İkinci hissədə vəziyyətdən çıxmaq istədik və bu, müəyyən qədər alındı. Amma planımızı tam həyata keçirə bilmədik, bir az gücümüz çatmadı".

V.Kuramşın ikinci hissədəki oyunun cavab matçı üçün ümidverici olduğunu bildirib:

"Fasilədən sonrakı çıxışımız növbəti görüş ərəfəsində bizi ümidləndirdi. Sumqayıtdakı oyuna ciddi hazırlaşacağıq".

Bakı İdman Sarayında keçirilən görüş NTD-nin 121:107 hesablı qələbəsi ilə başa çatıb.
 

Son xəbərlər
PSJ-dən inamlı qələbə
“Real” uduzdu, “Barselona” qalib gəldi
“Arsenal”la “Liverpul”u yarımfinala buraxmadılar
“Fiorentina”ya bir qol bəs etdi
“Trabzonspor” “Qalatasaray”a qalib gəldi
Azərbaycanın 8 boksçusu yarımfinalda
“Bayern”dən səfərdə çətin qələbə
“Qarabağ”la “Sabah” Antalyada turnirə qatılıb
“Milan” “Aston Villa”nın hücumçusu ilə maraqlanır
“Cavab görüşünə ciddi hazırlaşacağıq” - Baxşıyev
Avropa Kubokunun ilk günündə 13 medal
“Planımızı tam həyata keçirə bilmədik, gücümüz çatmadı”
“Arsenal” “Real”ın hücumçusu ilə maraqlanır
“Əsas hədəfimiz pley-off mərhələsinə yüksəlməkdir”
“Geniş heyətə malik rəqiblərlə mübarizə bizim üçün çətindir”
NTD “Sumqayıt”ı məğlub etdi
İtaliya yığması məşhur mütəxəssisə tapşırıla bilər
“Sabah”, “Neftçi” və “Qarabağ”ın əvəzedicilərindən inamlı qələbə
“Gəncə” “Lənkəran”a qalib gəldi
“Atletiko” “Milan”ın müdafiəçisi ilə maraqlanır
Millimizin seçmə mərhələ üçün heyəti açıqlandı
Kadidən 40-cı qol
“Roma”nın ulduzu Braziliyaya üz tuta bilər
18 ildən sonra: Tarixdə 3-cü dəfə
“Zirə”dən 25-ci qələbə
Lukaku Türkiyə Super Liqasına keçə bilər
“Sabah”dan 50-ci qol
Yüksək Liqada yarımfinalın oyun cədvəli bəlli oldu
“Atalanta”nın yarımmüdafiçisi İspaniya La Liqasına üz tuta bilər
“Barselona” hücumçusunu geri qaytarmaq istəyir
DAHA ÇOX

Ən çox oxunanlar