Digər
Avropa Kubokunda 24 medal

05.04.2026 | 16:40
Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunu 24 medalla başa vurublar.
Sports.az xəbər verir ki, Gəncə İdman Sarayındakı turnirin ikinci günündə daha 11 idmançı mükadatçılar sırasına düşüb.
Yusuf Nəzər (73 kq) və Yaqub Məmmədov (81 kq) qızıl, Sadiq Məmmədov (73 kq) gümüş medala sahib çıxıb.
Akif Məmmədli (73 kq), Polad Həsənli (81 kq), Amin Mehdiyev (81 kq), Ömər Axundov (90 kq), Nurəddin Əliyev (90 kq), Hüseyn Hüseynov (+90 kq), Tamerlan Əliyev (+90 kq), Məsumə Məmmədli (70 kq) bürünc mükafat qazanıblar.
Xatırladaq ki, ilk gündə Azərbaycanın yeniyetmə cüdoçuları 13 medal qazanıblar.
Son xəbərlər





























