Digər
Azərbaycanlı gimnastlardan beynəlxalq turnirdə 6 medal

05.04.2026 | 19:40
Azərbaycan təmsilçiləri Bakıda keçirilmiş bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirini altı medalla başa vurublar.
Sports.az xəbər verir ki, mükafatlardan biri qızıl, üçü gümüş, ikisi bürünc əyarlıdır.
Gövhər İbrahimova lentlə bürünc mükafata sahib çıxıb. O, həmçinin halqa ilə hərəkətlərdə üçüncü yeri tutub.
Fidan Qurbanlı topla gümüş medal qazanıb.
Azadə Atakişiyeva lentlə hərəkətlərdə qızıl medal qazanıb. O, həmçinin topla hərəkətlərin icrasında ikinci olub.
Azərbaycan gimnastları ötən gün də komanda hesabında gümüş medala yiyələniblər.
Son xəbərlər





























