Digər
Bakıda karate üzrə beynəlxalq turnir keçiriləcək

09.04.2026 | 18:15
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə aprelin 10-dan 12-dək Bakıda beynəlxalq qran-pri turniri keçiriləcək.
Sports.az xəbər verir ki, yarış Sərhədçi İdman Mərkəzində baş tutacaq.
Turnirdə 9 ölkədən ümumilikdə 700-ə yaxın idmançı iştirak edəcək.
Qran-pri turnirinin əsas məqsədi karatenin inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan təmsilçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.
Qeyd edək ki, yarışın açılış mərasimi aprelin 10-da, saat 17:00-da keçiriləcək.
Son xəbərlər





























