Digər
“Sabah”ın U-18 komandası ÇL-də məğlub oldu

10.04.2026 | 22:30
"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirib.
Sports.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 5-8-ci yerlər uğrunda matça çıxıb.
Serbiya təmsilçisi "Borats"la qarşılaşan "bayquşlar" 60:67 hesabı ilə uduzublar. Qarşılaşma Bosniya və Herseqovinada reallaşıb.
Xatırladaq ki, "Sabah"ın U-18 komandası ötən gün B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivini məğlub edib -72:61. "Bayquşlar" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə uduzub.
Son xəbərlər





























