Yüksək Liqada növbəti finalçı müəyyənləşdi

Yüksək Liqada növbəti finalçı müəyyənləşdi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti finalçı müəyyənləşib.

Sports.az xəbər verir ki, "Turan" və "Gəncə" kollektivləri arasında baş tutan yarımfinal matçı birincilərin qələbəsi ilə yekunlaşıb.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən oyun ev sahiblərinin 3:0 (25:18, 25:18, 25:18) hesablı üstünlüyü ilə bitib.

Tovuz komandası birinci görüşdə də eyni hesabla qalib gəlmişdi.

"Turan" finalda "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək. "Gəncə" isə üçüncü yer uğrunda görüşdə "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.

Reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılır.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Son xəbərlər
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
Yüksək Liqada növbəti finalçı müəyyənləşdi
Azərbaycan gimnastlarından dünya kubokunda qızıl medal
Stolüstü tennisçilər Türkiyə Super Liqasının mükafatçısı olublar
“Göygöl” uduzdu, “Ağdaş”la “Şirvan” qələbə qazandı
Azərbaycan güləşçilərindən “Zəfər kuboku”nun ilk günündə 4 medal
“Turan Tovuz”un heyətində 100-cü oyununa çıxdı
PSJ-dən maraqlı qərar
“Neftçi”nin əvəzediciləri darmadağına üzüldü
“Məqsədimiz qələbə qazanmaqdır” - Siyasət Əsgərov
Terri “Arsenal”ı tənqid etdi
Premyer Liqanın 28-ci turu rəqəmlərin gözü ilə
Liqa yarışının 2-ci turunda 691 cüdoçu mübarizə aparacaq
“Sabah”ın basketbolçusu ÇL-in rəmzi komandasına seçildi
AFFA ilə “Roundglass Living” arasında əməkdaşlıq müqaviləsi imzalandı
UEFA-nın B kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi başlayıb
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümdə ilk: 2-ci het-trik
Azərbaycan yığması Zaqatalada hazırlığa başlayıb
Bakıda keçiriləcək Dünya Kubokunda 40-dan çox ölkə iştirak edəcək
“Baku Open” turnirinin qalibləri müəyyənləşdi
Millimiz Qazaxıstan yığması ilə üz-üzə
Azərbaycan gimnastlarından Bratislavada bürünc medal
“Turan” “Gəncə”yə qarşı
Zamiq sarı vərəqə aldı, komandası uduzdu
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar