Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı açıqlandı

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

Sports.az xəbər verir ki, qadın voleybolçuların Yüksək Liqasında ikinci dövrəyə yanvarın 30-da start veriləcək.

Həmin gün 4-cü tur çərçivəsində “Murov” - “Azərreyl” və UNEC - “Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00 və 18:00-da başlayacaq.

Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək Liqasında 2-ci turdan təxirə salınmış “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma saat 16:00-da start götürəcək.

Oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar