Digər
Azərbaycan şpaqaçısı Dohada medalsız qaldı

29.01.2023 | 22:54
Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Həsənov Qətərin paytaxtı Dohada keçirilən qran-pri yarışında iştirak edib.
Sports.az xəbər verir ki, təsnifat mərhələsində qrup səddini uğurla adlayan Ruslan əsas mərhələ yüksəlmək uğrunda keçirilən ilk pley-off görüşündə koreyalı rəqibi Yanq Minhyeoka 15:12 hesabı ilə qalib gəlib.
Ardınca Sinqapur idmançısı Tan Yun Kaini eyni hesabla mübarizədən kənarlaşdıran şpaqaçımız 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ təmsilçisi Dilan Nollnerə 7:15 hesabı ilə məğlub olub.