Digər
Bakıda dünya kuboku keçiriləcək

25.02.2023 | 16:55
Bakıda atıcılıq üzrə dünya kuboku keçiriləcək.
Sports.az xəbər verir ki, yarış mayın 8-15-i aralığında olacaq.
Dünya kubokunda 50-dən çox ölkənin 600 idmançı və texniki heyətinin iştirakı gözlənilir. Budəfəki turnir güllə atıcılığının növləri üzrə olacaq.
2022-ci ilin mayında keçirilən dünya kubokunda 26 ölkəni təmsil edən idmançılar 94 medal qazanıblar.