Digər
Azərbaycanın daha bir gimnastı dünya kubokunun finalında

02.03.2023 | 20:00
Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə dünya kubokunda finala yüksəlib.
Sports.az xəbər verir ki, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub.
Gimnast bu nəticə ilə adını finala yazdırıb.
Xatırladaq ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.